Yazını böyüt
Yazını kiçilt
Ciddə İslam Limanı, davam edən regional hərbi proseslər fonunda Körfəz limanlarından istiqamətini dəyişdirən gəmilərin, yük maşınlarının və konteynerlərin artan trafikini qəbul edib.
Hafta.az yazır ki, “Əl-Ərəbiyyə”nin məlumatına görə, liman son 10 gündə bu müstəvidə 17 gəmi qəbul edib.
Liman həmçinin, təxminən bir ay ərzində təxminən 100 min yük maşını və 90 mindən çox konteyner qəbul edib.
Məlumatlara görə, yüklər bəzi Körfəz limanlarından yönləndirilib və Ciddə vasitəsilə regiondakı digər istiqamətlərə paylanır.